🔍
🔔 3

Bildirişlər

Yeni trend xəbər əlavə edildi 🔥
Yeni follower qazandın 👤
Bir xəbərin save edildi ⭐
Ana səhifə Ən çox oxunanlar Videolar İdman Siyasət Texnologiya

Qarabağın tarixi

Qarabag.biz • 11 Avqust 2026 •

Loading

dağlıq ərazisində işğal altına düşən Azərbaycan kəndlərinin sayı daha da artdı.  1991-ci ilin sonları və 1992-ci ilin əvvəlindən, yəni SSRİ-nin dağılmasından sonra Ermənistan Azərbaycana qarşı açıq və genişmiqyaslı müharibəyə başladı. Bütün beynəlxalq normaların əksinə olaraq Ermənistanın hərbi qüvvələri Dağlıq Qarabağda təşkilatlandırılmış separatçı dəstələrlə birlikdə Qarabağın dağlıq hissəsi, habelə bu bölgə ilə həmsərhəd olan Azərbaycanın Laçın, Zəngilan, Kəlbəcər, Füzuli, Cəbrayıl, Ağdam, Qubadlı rayonları işğal edildi. Həmin rayonların əhalisi bütünlüklə etnik təmizləməyə məruz qaldı, işğal edilmiş ərazilərdəki bütün yaşayış məskənləri, ictimai, mədəni obyektlər, tarixi abidələr və qəbristanlıqlar məhv edildi. Bütünlükdə, 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Qarabağda, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.

Qarabağın dağlıq hissəsində və onun ətrafında alovlanan erməni təcavüzünün nəticələrinin aradan qaldırılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü il aprel ayının 30-da 822 nömrəli, 1993-cü il iyul ayının 29-da 853 nömrəli, 1993-cü ilin oktyabr ayının 14-də 874 nömrəli və həmin ilin noyabr ayının 12-də 884 nömrəli qətnamələrini qəbul etdi. Bütün bu qətnamələrin hamısında erməni hərbi qüvvələrinin işğal olunmuş əraziləri tərk etməsi tələb olundu. Lakin Ermənistan rəhbərliyi bu günə qədər bu beynəlxalq qətnamələrin qərarlarının icrasına qarşı saymazlıq nümayiş etdirir və öz işğalçılıq siyasətindən əl çəkmir.

😀
0
😍
0
❤️
0
😡
0
👍
0
👎
0

💬 Şərhlər

Rəy yaz

🏠 Ana 🔥 Trend 🎥 Video 📰 Xəbər 👤 Profil