🔍
🔔 3

Bildirişlər

Yeni trend xəbər əlavə edildi 🔥
Yeni follower qazandın 👤
Bir xəbərin save edildi ⭐
Ana səhifə Ən çox oxunanlar Videolar İdman Siyasət Texnologiya

Qarabağdakı quruculuq işləri hər birimizdə böyük qürur hissi yaradır – Xalq artisti

Qarabag.biz • 08 Fevral 2026 •

Loading

Azərbaycanın Xalq artisti, görkəmli kino və teatr aktrisası Həmidə Ömərova işğaldan azad edilmiş ərazilərdə görülən işlər, sakinlərin öz doğma ata-baba yurdlarına geri dönməsi və Böyük Qayıdışla bağlı təəssüratlarını bölüşüb.

qarabag.biz xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı videoçarxda öz əksini tapıb.

Şuşaya səfəri zamanı Cıdır düzünün möhtəşəm mənzərəsindən heyranlığını gizlətməyən sənətkar, Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki genişmiqyaslı tikinti işlərinin onda böyük qürur hissi yaratdığını bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən genişmiqyaslı məlumatlandırma və təşviqat kampaniyası həyata keçirilir. Bu layihə çərçivəsində tanınmış ziyalıların, sənət adamlarının və gənclərin iştirakı ilə xüsusi videoçarxlar hazırlanır.

😀
0
😍
0
❤️
0
😡
0
👍
0
👎
0

💬 Şərhlər

Rəy yaz

🏠 Ana 🔥 Trend 🎥 Video 📰 Xəbər 👤 Profil