Sentyabrın 22-də doğma yurduna yola salınan köç karvanları Xankəndi şəhərinə və Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca kəndlərinə, Ağdərə rayonunun Aşağı Oratağ, Vəngli, Çapar kəndlərinə çatıb.

Bu mərhələdə qeyd edilən kəndlərə köçən 136 nəfərdən ibarət 35 ailəyə mənzillərinin açarları təqdim edilib.