Sentyabrın 30-da doğma yurduna yola salınan köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.

Bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə köçən 60 nəfərdən ibarət 9 ailəyə mənzillərinin açarları təqdim edilib.

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.