Qarabağda gəzməli yerləri kəşf et.
![]()
![]()
Bayram konserti ilə davam etdirildi.
![]()
Zəngəzur dəhlizinin başladığı nöqtədən yeni görüntülər yayılıb. Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda Araz çayı yaxınlığında salınan dəmir yolu xətti əks olunub. Görüntülərdə Zəngəzur dəhlizi boyunca inşa edilən qatar yolunun texniki vəziyyəti və ərazinin ümumi mənzərəsi diqqət çəkir. Məlumata görə, gələcəkdə dəhliz vasitəsilə hərəkət edəcək qatarlar məhz bu dəmir yolu xəttindən istifadə edəcək. Xatırladaq […]
![]()
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib. İclasda çıxış edən Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ölkənin […]
![]()
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Laçın rayonunda bərpa-quruculuq işlərinin nəticələrini və müasir həyat ritmini əks etdirən videoçarx hazırlanıb. Videoçarxda azad Laçının müasir mənzərəsi, habelə doğma yurduna dönən sakinlərin rifahı işıqlandırılıb.
![]()
Martın 5-də doğma yurduna yola salınan köç karvanı Ağdam şəhərinə çatıb. Bu mərhələdə Ağdam şəhərinə 346 nəfərdən ibarət 90 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
![]()
Qarabağın tarixi haqqında Qarabağ Azərbaycan tarixində mühüm yer tutan qədim bölgələrdən biridir. Tarixi mənbələrə görə Qarabağ ərazisində min illər əvvəl yaşayış olmuşdur. Bölgə zəngin təbiəti, münbit torpaqları və strateji mövqeyi ilə seçilir. Qarabağ tarix boyu müxtəlif dövlətlərin tərkibində olmuşdur. Orta əsrlərdə bölgə Qarabağ bəylərbəyliyi kimi tanınmış və mühüm siyasi və iqtisadi mərkəzlərdən biri olmuşdur. Qarabağ […]
![]()
Mətbuat xidmətinin məlumatı 11 Fevral, 2026 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdəki nümayəndəliklərinin dəstəyi ilə “Böyük Qayıdış” proqramı çərçivəsində növbəti video-fləşmob təşkil olunub. Video-fləşmob azad edilmiş ərazilərdə məşğulluq imkanlarını və bərpa-quruculuq işlərində vətəndaşların fəal iştirakını nümayiş etdirmək məqsədi daşıyır. Çəkilişlər Qarabağ və Şərqi Zəngəzurun […]