Xankəndiyə güclü qar yağır
![]()
Yanvarın 18-i axşam saatlarından etibarən Xankəndi şəhərinə 10–15 santimetr hündürlüyündə qar yağıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, hazırda müvafiq qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında kommunal xidmət sahəsində hər hansı bir problem yoxdur. İstehlakçıların dayanıqlı qaz, elektrik […]